image-8e6c5081-1cb3-3645-9738-09fece5fcd9d_850backend

İtaliyada tətil səbəbindən 360 aviareys təxirə salınıb

image-reklam_sirab_01

İtaliyada “Ryanair”, “EasyJet” və “Volotea” kimi aşağı büdcəli aviaşirkətlərin əməkdaşları, eləcə də dispetçerlərin tətili səbəbindən 360-a yaxın reys ləğv edilib.

Bu barədə AGI agentliyi məlumat yayıb.

Aviadaşıyıcıların və dispetçerlərin tətili dörd saat davam edib.

Aksiyanı təşkil edən həmkarlar ittifaqları iş şəraitinə, müqavilədə nəzərdə tutulmuş minimum əməkhaqqına əməl edilməməsinə, əmək haqlarının özbaşına azaldılmasına narazılıq edirlər.

Reyslərin təxirə salınması ən çox Berqamo və Milan hava limanlarında baş verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki