image-2c21f22a-628d-397f-bfff-6443b4a8f5fd_850backend

İtaliyada Türkiyə vətəndaşlarının olduğu helikopter radarlardan itib

image-reklam_sirab_01

İtaliyada göyərtəsində 7 nəfərin olduğu özəl helikopter Toskana və Emiliya-Romanya regionları arasında radarlardan itib. Helikopterdəki şəxslərdən 4-ü Türkiyə vətəndaşlarıdır.

“Veteninfo” xəbər verir ki, bu barədə yerli ANSA agentliyi məlumat yayıb.

Qeyd edilir ki, Luka şəhərinin Kapannori Tassiqnano hava limanından havaya qalxan “Aqusta Koala “AW119” tipli helikopter səhər saatlarında radarlardan itib. Onun axtarışları Toskana və Emiliya-Romanya bölgələrinin sərhəd hissəsində aparılıb.

Məlumata görə, helikopterdə 6 əcnəbi və 1 yerli pilot olub, əcnəbilərdən 4-ü Türkiyə, 2-si Livan vətəndaşlarıdır.

Helikopterlə radar əlaqəsi kəsildikdən sonra başlayan axtarış-xilasetmə işlərinin gecə saatlarında dayandırıldığı və səhər saatlarında yenidən başlayacağı qeyd olunur.

Yerli əhalinin verdiyi məlumata görə, bölgədə hava şəraiti əlverişsizdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki