image-1backend

Kamran Əliyev Naxçıvanın sabiq prokurorunu yeni vəzifəyə təyin etdi – FOTO

image-reklam_sirab_01
Azərbaycan Respublikası Baş Prokurorluğunda növbəti kadr təyinatı baş tutub. 

Manset.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini təyin edilib.  

Səbuhi Şahverdiyev yeni vəziyəyə təyinatı ilə bağlı faktı Manset.az-a təsdiq edib.

Qeyd edək ki, Səbuhi Şahverdiyev uzun illər Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. O, 31 yanvar 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki