image-2c2f4a1b-34dc-3c56-8cf6-34278a9a4de9_850backend

Kanadada atışma zamanı iki nəfər öldürülüb, fövqəladə vəziyyət elan edilib

image-reklam_sirab_01

Kanadanın Britaniya Kolumbiyası əyalətində naməlum şəxs evsizlərə atəş açıb.

Məlumata görə, atışma Vankuver yaxınlığındakı Lenqli şəhərində səhər saatlarında baş verib. Yerli hakimiyyət orqanları fövqəladə vəziyyət elan edib.

Kanada Polisinin sözçüsü atışma zamanı bir neçə nəfərin həlak olduğunu bildirib. Lakin o, neçə nəfərin yaralandığını və neçə nəfərin öldüyünü dəqiqləşdirməyib. Qeyd edilir ki, qurbanlar evsiz insanlardır.

CBC telekanalı isə bildirib ki, atəş nəticəsində iki nəfər həlak olub, daha iki nəfər yaralanıb. Yaralılardan biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bir nəfər isə ayağından güllə yarası alıb.

Qeyd edilir ki, hücum edən şəxs öldürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki