image-reklam-veteninfo
image-62994da7e4f2562994da7e4f26165421405562994da7e4f2162994da7e4f23backend

Kanadanın baş naziri Çin Hərbi Hava Qüvvələrinin KXDR yaxınlığındakı hərəkətlərindən narahatdır

image-reklam-veteninfo

Kanadanın baş naziri Castin Trüdo Çin Hərbi Hava Qüvvələrinin KXDR yaxınlığındakı hərəkətlərindən narahat olduğunu bildirib.

Hakimiyyət Koreya yarımadası regionunda kanadalı hərbi pilotların təhlükəsizliyini təhdid edən Çin Hərbi Hava Qüvvələrinin pilotlarının hərəkətlərindən narahatdır.

“Biz bu vəziyyəti çox ciddi qəbul edirik. Çinin buna getməsi çox narahatlıq doğurur!,- deyə Trüdobildirib.

Baş nazir xatırladıb ki, Kanada Koreya yarımadası regionunda BMT Təhlükəsizlik Şurasının KXDR-ə tətbiq etdiyi sanksiyalara lazımi şəkildə riayət olunmasını təmin etmək üçün nəzərdə tutulmuş beynəlxalq missiyada iştirak edir.

“Biz bu məsələni birbaşa Çin rəsmiləri və tərəfdaşlarımızla qaldıracağıq” ,- deyə Trüdo bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki