Vətəninfo.az xəbər verir ki, Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Nyu Yorkdakı proqram direktoru Karlos Martinez de la Serna yenə də Azərbaycan dövlətinə və iqtidarına qarşı həyasız açıqlama verib.
Maraqlıdır ki, bu Nyu Yorkdakı proqram direktoru Karlos Martinez de la Serna adlı bu bədnam ermənipərəst 44 günlük Vətən Müharibəsibdən sonra, 2021-ci ilin iyunun 4-də Azərbaycanın iki jurnalisti, Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi müavini) və bir nəfər icra nünayəndəsinin azad edilmiş Kəlbəcər rayonunda (Bakıdan 440 kilometr qərb) minaya düşərək həlak olması ilə bağlı bir dəfə də olsun, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan, işğal dövründə bütün əraziləri yüz minlərlə ərazini mina bataqlığına çevirən Ermənista qarşı hər hansı bir bəyanat belə verməyi özlərinə rəva bilmədi.
Bu gün Azərbaycanda öz peşə fəaliyyətinə görə hər hansı bir jurnalist nə həbs olunub, nə də hansısa jurnalistlərin öz peşə fəaliyyətləri məhdudlaşdırılıb.
Əksinə Avropa və Amerikadan fərqli olaraq Azərbaycanda hər zaman KİV-nin inkişafı, media təmsilçilərinin mənzil-məişət problemlərinin həlli istiqamətinə ardıcıl proqramlar həyata keçirilib.
Çox təssüflər olsun Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Nyu Yorkdakı proqram direktoru Karlos Martinez de Serna kimi ermənipərəstlər, məhz bu ikili standartları ilə okeanın o tayından Cənubi Qafqazda Azərbaycana dil uzadırlar.
Sapı özümüzdən olan baltaların, ödənişli əsaslarla hazırlayıb göndərdikləri məlumatları əsas götürən JMK-si heç bir zaman Azərbaycana qarşı ədalətli mövqedə olmayıb.
Yayılan açılamada adları çəkilən şəxlərin niyə və hansı səbəbdən həbs müddətinin uzadılması isə istintaq başa çatdıqdan sonra bəlli olacaq. Bu gün isə Qərb anlamalıdır ki, Azərbaycanda peşə fəaliyyətinə görə hər hansı bir media təmsilçisi həbsdə deyil.
Nahid Canbaxışlı