image-reklam-veteninfo
image-aa9b08a7-79a1-4e52-bcac-ec58ec578100backend

Keçmiş məhkum yenidən saxlanıldı – Evindən görün nələr çıxdı

image-reklam-veteninfo

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evində narkotik vasitə və psixotrop maddə gizlədən, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nişad Musayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Veteninfo.az-a verilən məlumata görə, onun şəhər ərazisindəki yaşadığı ünvana baxış keçirilərkən oradan satış məqsədilə saxladığı heroin, tiryək, qurudulmuş marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Nişad Musayev barəsində həbs qətimkan tədbiri seçilib.

image-7ff43574-72e4-40c2-9847-ff0a641090e9 image-8148ec7a-b15d-4061-b94c-9e57d0ed5067 image-cace25f9-3a9b-429e-8daa-4873c3e3dda4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki