image-les-arcs-1950-and-2000backend

Kəlbəcər və Şuşa qış turizmi üçün HAZIRLANIR

image-reklam_sirab_01

“Bu il qış turizm mövsümdə Azərbaycanda üçüncü xizək kurortu fəaliyyətə başlayacaq. Naxçıvan Muxtar Respublikasında yerləşən Ağbulaq Qış Turizm Mərkəzi xizək kurortu olacaq. Eyni zamanda, ənənəvi “Şahdağ” və “Tufandağ” turizim mərkəzlərində də bir sıra yeniliklər var”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Turizm Bürosunun turizm sənayesi və destinasiyanın inkişafı departamentinin direktoru İlkin Cavadov məlumat verib.

 

İ.Cavadov bildirib ki, bu ildən başlayaraq xizəklə maraqlanmayan qonaqlar üçün əlavə fəaliyyətlər olacaq:

 

““Şahdağ” qış turizm mərkəzində 2590 metrlik amerkansayağı dağ çarxı (roller coaster) bu ildən fəaliyyətə başlayır. Bu, Qafqazda ən uzun dağ çarxıdır. Çarx xarici mütəxəssislər tərəfindən quraşdırılıb. Xüsusən xizək sürə bilməyənlər üçün maraqlı əyləncə növü ola bilər.

 

“Tufandağ” qış turizm mərkəzində isə dağın yamacında xüsusi olaraq 5 ədəd yellənçəklər quraşdırılacaq. Hər iki kurortda bundan əlavə müxtəlif xizək yolları və əlavə bir kanat yolu da olacaq”.

 

İ.Cavadov karantin qaydaları yumşaldıldıqdan sonra 60 ölkədən Azərbaycana turist gələ biləcəyini açıqlayıb.

 

O qeyd edib ki, PCR test və hər iki doza peyvəndi qəbul edən şəxslər ölkəmizə gələ bilər.

 

Departament direktoru işğaldan azad edilmiş bölgələrin həm yay, həm də qış turizmi üçün əlverişli olduğunu bildirib:

 

“Qış turizmi üçün ən əlverişli bölgəmiz fikrimcə, Kəlbəcər rayonudur. Ora ilə bağlı müəyyən planlar var və işlənilir. Təbii ki, əsas məsələ həmin ərazilərin təhlükəsiliyini təmin etməkdir.

 

Füzulidə bir beynəlxalq hava limanı və Şuşaya gedən yol artıq istifadəyə verilib. Bu yöndə də işlər davam edir. Bütün infrastruktur məsələlər həll edildikdən sonra həmin bölgələrdə nəzərdə tutulan turizm layihələri haqqında daha ətraflı danışa biləcəyik. Hələ ki qısaca olaraq, Kəlbəcər və Şuşanı qeyd edə bilərik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki