image-foto-5-kopyabackend

“Keşikçidağ”da 8 Noyabr “Zəfər günü” qeyd edilib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində 8 Noyabr “Zəfər günü” ilə əlaqədar qazanılmış zəfərin ikinci ildönümü  münasibətilə tədbir keçirilib

 

 

   II Vətən müharibəsi öz birliyini və gücünü nümayiş etdirən xalqımızın  qalibiyyəti  ilə başa çatdı. 8 noyabr 2020-ci il tarixində Azərbaycan xalqı  30 ildir həsrətlə  gözlədiyi böyük  və şanlı qələbəsini  qazandı.   Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin  “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə ölkəmizdə  hər il 8 noyabr tarixinin  “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınmışdır.  Zəfər günü – bu tarixi gün müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” adlı hərbi əməliyyatında qazandığı tarixi qələbənin təcəssümüdür.  İllərlə  düşmən tapdağında qalan tarixi  torpaqlarımızın azadlığı qovuşduğu gündür. Bu əlamətdar günün ikinci ildönümü münasibətilə ölkəmizin bütün bölgələrində silsilə tədbirlər təşkil olunur.

8 Noyabr-“Zəfər günü” ilə əlaqədar  həyata keçirilən tədbirlərdən biri də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon Gənclər evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində keçirilmişdir. Tədbirdə Ağstafa rayon idarə və təşkilatlarının rəhbərləri, rayon ziyalıları, şəhid ailələri, 44 günlük Vətən Müharibəsinin qaziləri və 25-ə yaxın könüllü iştirak etmişdir.

Tədbir iştirakçıları qoruq ərazisində yerləşən, Ali Baş Komandan cənab İlham Əliyevin burada olması şərəfinə ucaldılmış “İlham Əliyev adına zirvə” önündə  əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Hüseynovun ifasında vətənpərvər ruhda səsləndirilən saz sədaları altında qarşılanmış,   “İlham Əliyev adına zirvə” haqqında onlara məlumat verilmişdir. Qoruğun direktoru Musa Mursaquliyev tədbiri açıq elan edərək qonaqları salamlamış, 44 günlük Vətən Müharibəsində qazanılmış zəfərdən bəhs etmiş,    şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş,  onların ailə üzvləri şəhidlər haqqında xatirələrini bölüşmüşlər. Həmçinin  Əfqanıstan–Azərbaycan Veteranları İctimai Birliyinin Ağstafa rayon şöbəsinin sədri Mirzahid Hacıyev və Ağstafa rayon Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Nicat Vəkilov çıxış etmişlər. Daha sonra “İlham Əliyev adına zirvə”nin ətrafında dövlət bayraqlarımız və rayondan olan şəhidlərin şəkillərinin əks olunduğu lövhələrlə fləşmob baş tutmuşdur.  Şəhid ailələri və qazilərin iştirakı ilə  “İlham Əliyev adına zirvə” ətrafında Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda  şanlı tarix yazaraq şəhid olmuş qəhrəmanların xatirəsinə salınmış “Badam bağı”nda yeni Ağstafa rayonundan olan hər şəhidin xatirəsinə 1 ədəd badam tingi əkilmişdir. Sonda qonaqlar çay süfrəsinə qonaq edilmiş və xatirə şəkli çəkdirilmişdir.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki