image-1backend

Kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün vəzifələri müəyyənləşir

image-reklam_sirab_01

Kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün vəzifələri müəyyən edilir.

Vətəninfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün aşağıdakı vəzifələri vardır:

– kiçik elektrik nəqliyyat vasitəsi ilə sərnişin daşımamalıdır;

– kiçik elektrik nəqliyyat vasitəsini bu növ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yerlərdə parklamalıdır;

– müəyyən edilmiş hərəkət sürəti həddini aşmamalıdır (velosiped yollarında saatda 20 kilometrdən çox olmayan, yaşayış zonalarında, park və həyət ərazilərində saatda 10 kilometrdən çox olmayan sürətlə hərəkət edilməlidir).

Qeyd edək ki, kiçik elektrik nəqliyyat vasitəsi gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir:

– təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;

– oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;

– oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;

– sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;

– xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan;


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki