image-e4e89669-a81a-39ed-93cf-b6d319a20aff_850backend

KİV: MKİ direktoru Ukraynaya gizli gedərək Zelenski ilə görüşüb

image-reklam_sirab_01

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns oktyabrın əvvəlində elan edilməmiş səfərlə Ukraynaya gedib.

Məlumata görə, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

“Berns orada olarkən ABŞ-ın Ukraynanı Rusiyanın təcavüzünə qarşı mübarizəsində, xüsusən də kəşfiyyat məlumatlarının davamlı mübadiləsi yolu ilə dəstəkləmək öhdəliyini bir daha təsdiqlədi”, – agentlik bildirib.

CNN qeyd edib ki, MKİ rəhbərinin səfəri ABŞ-ın Rusiyanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etmə ehtimalından getdikcə daha çox narahat olduğu bir vaxtda baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki