image-e35f2215-e23f-3fe0-b3ba-b3c1a02c25cb_850backend

KİV: Ukraynada Rusiyanın 20 minə yaxın hərbçisi ölüb

image-reklam_sirab_01

Qərb Rusiyanın Ukrayna ilə müharibədə itkilərini hesablayıb.

“Veteninfo” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, Rusiya Ukraynaya qarşı müharibə zamanı 15-20 min hərbçi itirib.

“Ukrayna hərbçilərinin çox ağır itkilərə məruz qalmasına baxmayaraq, Rusiyanın Ukraynadakı kampaniyası “bir çox səviyyələrdə son dərəcə qeyri-funksional olaraq qalır”, – xəbərdə deyilir.

Həmçinin bildirilir ki, Rusiya qüvvələrinin bəzi döyüş sursatları, xüsusən də qanadlı raketlər kimi dəqiq idarə olunan silahlar tükənir. Bununla belə, vurğulanır ki, Moskvada hələ də idarə olunmayan bombaların böyük ehtiyatı var.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiyanın itkiləri təxminən 31 700 nəfər təşkil edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki