image-reklam-veteninfo
image-cb97ce3d-66ad-3d1c-ac03-ac1956f31e22_850backend

Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

image-reklam-veteninfo

Kolumbiyanın El-Suliya bələdiyyəsində şaxtada baş verən partlayış nəticəsində azı 12 şaxtaçı ölüb, daha 3 nəfərin axtarışları davam edir.

“Report” xəbər verir ki, bu barədə bazar günü ölkənin Mülki Müdafiə Departamenti tviterdə məlumat yayıb.

“Biz El-Suliyadakı “La Mestisa” mədənində xilasetmə əməliyyatına yardım göstərməyə davam edirik. Bu günə qədər xilasedicisi qrup 11 meyiti çıxarıb”, – məlumatda deyilir.

Bundan əvvəl itkin düşmüş hesab edilən 6 şaxtaçının meyitinin tapıldığı bildirilib. Partlayışdan dərhal sonra daha bir şaxtaçı yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Hadisə mayın 30-da baş verib. İlkin olaraq mədən daxilində qayaların uçması səbəbindən 14 şaxtaçının bloklandığı xəbər verilib. Səlahiyyətli şəxslər mədəndə qazın yüksək konsentrasiyasının axtarış-xilasetmə əməliyyatına mane olduğunu bildirir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki