image-51deaba2-5f47-3ea6-a532-a05b155071b5_850backend

Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

image-reklam_sirab_01

Kolumbiyanın El-Suliya bələdiyyəsində şaxtada baş verən partlayış nəticəsində itkin düşmüş hesab edilən 14 şaxtaçının hamısı ölüb.

“Veteninfo” xəbər verir ki, bu barədə Milli Mədən Agentliyi məlumat yayıb.

Mədəndə partlayış bir neçə gün əvvəl baş verib. İlkin olaraq mədən daxilində qayaların uçması səbəbindən 14 şaxtaçının bloklandığı xəbər verilib.

Partlayışdan dərhal sonra daha bir şaxtaçı yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki