image-aeffa057-8783-345a-9072-ef14b39c51d8_850backend

Kolumbiyada prezident seçkilərində ilk dəfə solçu senator Qustavo Petro qalib olub

image-reklam_sirab_01

Kolumbiyada prezident seçkilərinin ikinci turunda solçu senator, “Tarixi Pakt” Koalisiyasının nümayəndəsi Qustavo Petro qalib gəlib.

“Veteninfo” AFP-yə istinadən xəbər verir ki, seçki bülletenlərinin 99,7 faizinin hesablanmasının nəticələrinə görə, o, 50,49 faiz səs toplayıb.

Petronun rəqibi, “Korrupsiyaya qarşı hökmdarlar Liqası” siyasi hərəkatının yaradıcısı Rodolfo Hernandes məğlubiyyətini etiraf edib. Petro ilk solçu Prezident olacaq.

Kolumbiyanın hazırkı Prezidenti İvan Duke gələcək varisini təbrik edib. “Mən Qustavo Petroya zəng edərək onu seçilmiş prezident kimi təbrik etdim”, -Duke tviter hesabında yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki