image-1backend

Komandir hərbçilərdən rüşvət almağa görə həbs edilib

image-reklam_sirab_01

Azərbaycanda N saylı hərbi hissənin bölük komandiri həbs edilib.

Vətəninfo.az qafqazinfo-ya istinadən məlumat verir ki, kapitan Ağamali Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.

Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki