image-2backend

Köməksiz qalan qadın belə xilas edildi

image-reklam_sirab_01

Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi adlanan ərazidə 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək mənzilə daxil olublar.

Mənzilə baxış zamanı xəstə olması səbəbi ilə köməksiz vəziyyətdə qalması müəyyən edilən 1965-ci il təvəllüdlü qadın xilas edilərək hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki