image-1jpgbackend

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun hesab edib – YENİLƏNİB

image-reklam_sirab_01
Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə
otağına keçiblər.

Vətəninfo.az  xəbər verir ki, Müşavirədən sonra qəbul edilmiş qərarda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə

növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə”

Azərbaycan Respublikasının Milli Məclisinin 2024-cü il 21 iyun tarixli qərarı və bu qərar əsasında Milli Məclisin Azərbaycan

Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 98/1

maddəsinə uyğun hesab edilməlidir.

*************

Konstitusiya Məhkəməsinin Plenumu bu gün növbədənkənar seçkilərlə bağlı Prezident sorğusuna baxır.

Vətəninfo.az xəbər verir ki, Milli Məclis iyunun 21-də növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.

Müraciətdə bildirilib ki, son illər Qarabağda əldə edilmiş tarixi qələbələr, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycan Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyub.

Deputatlar sadalanan məsələləri, eyni zamanda 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsini nəzərə alaraq, parlament seçkilərinin vaxtının önə çəkilməsini xahiş ediblər.

“COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır. Bu baxımdan Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb edən parlament seçkilərinin demokratik prinsiplərə uyğun olaraq şəffaflığı və rəqabətliliyi təmin etməklə yüksək səviyyədə təşkil olunması, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması dövlətin əsas vəzifələrindən biridir”, – müraciətdə vurğulanıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Məhkəməsinin Plenumu iyunun 27-də saat 10:00-a iclasa toplaşıb. İclasda növbədənkənar seçkilərlə bağlı Prezident sorğusuna baxılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti hazırkı parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinə dair Milli Məclisin 21 iyun tarixli müraciətini hələ cavablandırmayıb.

Hazırkı parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsinə dair dövlət başçısının sorğusunun ictimiayyətə məhkəmənin qərarından sonra açıqlanması gözlənilir.

Xatırladaq ki, 26 sentyabr 2016-cı ildə keçirilmiş referendumla Prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilib. Həmin referendumda Konstitusiyaya edilmiş dəyişikliyə görə, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki