“Xetafe”nin baş məşqçisi Kike Flores postunu tərk edib.
Vətəninfo.az xəbər verir ki, La Liqa klubu 58 yaşlı mütəxəssisin qovulduğunu açıqlayıb.
Təcrübəli çalışdırıcı çempionatın 31-ci turunda komandanın öz meydanında “Almeriya”ya 1:2 hesabı ilə məğlub olduğu görüşün ardından istefaya göndərilib. “Xetafe” hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.
Qeyd edək ki, Kike Flores 2021-ci ilin oktyabrından bəri “Xetafe”ni çalışdırıb. İspaniyalı daha əvvəl 2004-2005 və 2015-ci illərdə də bu komandaya rəhbərlik edib.