image-reklam-veteninfo
image-6294326ced7996294326ced79a16538794016294326ced7966294326ced798backend

Limada məşhur körpü Azərbaycan bayrağının rənglərinə bürünüb

image-reklam-veteninfo

Perunun paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunda yerləşən “Mellizo Villena Rey” körpüsü mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Azərbaycanın Meksikadakı səfirliyindən verilənməlumata görə, körpünün üzərində həmçinin “Azərbaycan – Müstəqillik Günü” yazısı əks olunub.

Qeyd edək ki, dostluq və sevgi rəmzi olan körpü Peru paytaxtının iki mərkəzi Miraflores və Barranko rayonlarını birləşdirir.

Azərbaycan bayrağının rənglərinə bürünmüş körpü gecə boyu həm paytaxt sakinlərinin, həm də əcnəbi turistlərin diqqətini cəlb edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki