Liviyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 2 nəfər həyatını itirib.
Vətəninfo.az xəbər verir ki, Liviya hökumətinin sözçüsü Muhammed Hamude ölkənin şərqində baş verən daşqınlar nəticəsində 2 nəfərin həyatını itirdiyini ifadə edərək qeyri-sabit hava şəraitinin Sahil Cebel əl-Əhdar və Tukra bölgələrində fəsadlar törətdiyini bildirib.
Liviyanın şərqindəki səlahiyyətlilər Mərkəzi Aralıq dənizində tüğyan edən ”Daniel” fırtınası səbəbindən bütün dövlət və özəl təhsil müəssisələrində təhsilə ara verilməsi, mağazaların bağlanması və komendant saatı da daxil olmaqla bir sıra tədbirlər gördü.
Əlverişsiz hava şəraiti Liviyanın Benqazi, Beyda, Merac, Susa və Derna şəhərlərinə də həyatı iflic edib.