Macarıstan Ukraynaya 50 milyard avroluq maliyyə dəstəyini əngəlləyib. Bu, Ukrayna ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq barədə razılığın əldə olunmasından bir neçə saat sonra baş verib. Bu barədə Vətəninfo.az BBC nəşrinə istinadən xəbər verir.
“Axşam sessiyasının xülasəsi: Ukraynaya əlavə pul verməyə veto qoya bilər”, – Macarıstanın baş naziri Viktor Orban Aİ liderlərinin Brüsseldəki danışıqlarından sonra bildirib.
Aİ liderləri Kiyevə yardımla bağlı danışıqların gələn ilin əvvəlində başlayacağını bəyan ediblər. Yeri gəlmişkən, Ukrayna da ABŞ-dan 61 milyard dollarlıq əlavə maliyyə dəstəyi gözləyir, lakin ABŞ Konqresi bu paketi hələ təsdiq etməyib.
Rusiyaya qarşı hərbi əməliyyatlarda Ukrayna AB və ABŞ-ın maliyyəsindən çox asılıdır.
Maliyyələşdirmənin qarşısını almağa bir neçə saat qalmış Aİ liderləri Ukrayna və Moldova ilə İttifaqa üzvlüklə bağlı danışıqlara başlamaq, həmçinin Gürcüstana Aİ üzvlüyünə namizəd statusu vermək qərarına gəliblər.
Rusiya ilə yaxın münasibətdə olan Macarıstan əvvəllər də Ukraynanın Avropa Birliyinə üzvlüyünə qarşı çıxıb, lakin sammit zamanı Kiyevlə danışıqlara başlamaq qərarını əngəlləməyib. BBC xəbər verir ki, Orban zalı tərk edib, görünür, razılaşdırılıb və 26 Aİ lideri səsverməni həyata keçirib. Ukraynanın üzvlüklə bağlı danışıqlara başlamaq qərarı yekdilliklə qəbul edilib.