image-9951f06c-8b56-3a8c-889f-c3549899e27b_850-jfifbackend

Maduro Ərdoğana təşəkkür edib

image-reklam_sirab_01

Venesuela Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı tviter hesabında yazıb.

“Türkiyə Respublikası ilə Venesuela Bolivar Respublikası nümayəndə heyətləri arasında ən yüksək səviyyədə genişlənmiş ikitərəfli görüş uğurla keçdi. Biz xalqlarımız arasında müxtəlif əməkdaşlıq və ortaq inkişaf ittifaqlarını gücləndiririk. Prezident Ərdoğana təşəkkür edirəm”, – Maduro sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, Venesuela Prezidenti dünən Türkiyədə rəsmi səfərdə olub. O, səfər çərçivəsində Türkiyə Prezidenti ilə görüşüb. Tərəflər iqtisadi əməkdaşlıq başda olmaqla iki ölkə arasında əlaqələr və regional məsələri müzakirə ediblər.

Maduro rəsmi görüşlərdən sonra məşhur “Kuruluş Osman” serialının yaradıcı heyəti ilə də bir araya gəlib. Venesuela Prezidenti serialın aktyorları ilə görüşlərdən razı qaldığını qeyd edərək, bununla da bağlı fotolarını sosial şəbəkə hesabında paylaşıb. “Kuruluş Osman” serialının aktyorları ilə bu gözəl görüşə və Türkiyə xalqının mədəniyyətini tanıdığım üçün təşəkkür edirəm. Biz qardaş xalqlarımızın mədəni inteqrasiyasını daha da gücləndirməyə çalışırıq”, – Maduro vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki