Vətəninfo.az xəbər verir ki, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas İranın ali rəhbəri Əli Xameneyinin HƏMAS-ın oktyabrın 7-də mülki İsrail sakinlərinə hücumunu tərifləyən bəyanatını tənqid edib.
Mahmud Abbas vurğulayıb ki, bu açıqlamalar fələstinlilərin, minlərlə uşaq, qadın və qocanın qanını qurban vermək və Fələstin torpaqlarını məhv etməkdir və bu açıqlamalar paytaxtı Şərqi Qüds olan müstəqil Fələstinin formalaşmasına səbəb olmayacaq.