image-93backend

Malaziyada “Omikron” ştamına ilk yoluxma qeydə alınıb

image-reklam_sirab_01

Malaziyada koronavirusun yeni “Omikron” ştamına ilk yoluxma halı qeydə alınıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yeni ştam CAR-da ailəsinə baş çəkdikdən sonra noyabr ayında Malaziyaya gəlmiş 19 yaşlı əcnəbi tələbədə aşkarlanıb.

Tələbə koronavirusa qarşı tam peyvənd olunub və heç bir simptoma malik olmayıb.

Daha əvvəl Malaziya da daxil olmaqla bir sıra ölkə yeni ştamla əlaqədar məhdudiyyətlər tətbiq edərək, 8 Afrika ölkəsindən gələn şəxslərin ölkəyə daxil olmasına qadağa qoyub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki