image-image_750x_64497a9459a5cbackend

Maurisio Poçettino bu klubun baş məşqiçisi olacaq

image-reklam_sirab_01

London “Çelsi”si argentinalı Maurisio Poçettinonun baş məşqçi təyin olunmasına yaxındır. Rəsmi açıqlama gələn həftə gözlənilir. Vətəninfo.az xəbər verir ki, bu haqda xəbəri Sky Sports yayıb.

Artıq tərəflər növbəti mövsüm üçün komandanın tərkibini və məşqçilər korpusunu müzakirə ediblər.

51 yaşlı mütəxəssis komandanın müvəqqəti baş məşqçisi, ingilis Qrem Potterin qovulmasından sonra vəzifəyə təyin olunan ingilis Frenk Lempardı əvəz edəcək.

Poçettino ötən yay Fransa çempionu PSJ-dən qovulandan sonra məşqçi işsiz idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki