image-01-2backend

Mədəni irsə və milli təfəkkürə ehtiramın təzahürü

image-reklam_sirab_01

 

Prezident İlham Əliyevin iştirakı ilə 30 avqust tarixində Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, eyni zamanda Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirilməsini izləyərkən, şair-publisist Əli Mahmudun bu günlərdə oxucuları ilə paylaşdığı bir yazını xatırladım. Şair xatirələrini bölüşərkən qeyd edir ki, “Şuşalıların böyük arzu və istəklə gözlədikləri gün gəlmişdi. Dağlar qoynunda qərar tutmuş Şuşaya xalqımızın ümummilli lideri Heydər Əliyevin gəlişi şəhər əhalisi və qonaqlar tərəfindən böyük sevgi ilə qarşılandı. Axşamdan yağan güclü qar yolu bağlamışdı. Küçələrdən qar təmizlənsə də, əsən külək yenidən yolları ağ örpəyə bürümüşdü. Ulu öndər Heydər Əliyevin əyləşdiyi maşın “Bazar başı” meydanına qalxan yolda qarın çoxluğundan hərəkət edə bilmədi. Lakin yerli sakinlər onun əyləşdiyi maşını bir anın içində qarlı yoldan çıxararaq Mədəniyyət evinin qarşısına gətirdilər. Eyni vəziyyət Cıdır düzünə qalxan yolda da təkrar olundu” Xatırlayanlar yaxşı başa düşər ki, bu üzləşilən çətinliyin cüzi bir hissəsi idi. Sovet İmpersiyasının hakimiyyəti illərində xanlıqlar dövründə Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifə məqbərə ucaltmaq necə böyük ürək tələb edirdi. Lakin xalqın qormaz oğlu, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də bu tarixi hadisə baş verdi. Məqbərə xalqın izdihamlı sevgisi ilə açıldı.
Lakin 90-cı illərin əvvəllərində Azərbaycan xalqının başına gətirilən müsibətlər içərisində tariximizə, mədəniyyətmizə vurulan çoxsaylı ziyanlar da var idi. Təəssüf ki, dağıdılan mədəniyyət incilərimizdən biri də Vaqifin məqbərəsi oldu…
Budur, 39 il sonra tarix yenidən təkrar olundu. Erməni vandalizminin nəticəsində dağıdılmış Molla Pənah Vaqifin məqbərəsinin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü, Vaqif Poeziya Günləri bərpa edildi. Şuşaya tam mənada zəngin həyatı qaytarmaq üçün bütün zəruri addımlar atılmağa başladı. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi, “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı.
Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi.
Dözüm, səbir, ədalətə inam Azərbaycan xalqını Qələbəyə gətirdi. Şuşa artıq azaddır. Biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azad Şuşada həyatı dirçəldirik!

Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı, Elnarə Cəbrayılova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki