image-4ce1bba6-25db-3dd5-888d-4091fb4d3ca8_850backend

Melanşon: “Parlament seçkiləri Makronun siyasətinin uğursuzluğunu göstərir”

image-reklam_sirab_01

Fransada keçirilmiş parlament seçkilərinin ilkin nəticələri Prezident Emmanuel Makronun siyasətinin uğursuzluğuna dəlalət edir.

“Veteninfo” xəbər verir ki, bunu “Yeni Xalq Ekoloji və Sosial İttifaqı” (“Nupes”) solçu koalisiyasının rəhbəri Jan-Lyuk Melanşon bildirib.

“Bu, ilk növbədə, hər kəsə sonsuz dərs verən, özlərini ifrat sağa maneə adlandıran insanların məğlubiyyətidir”, – o deyib.

Melanşon əlavə edib ki, Makron tərəfdarları nəinki özləri uduzublar, həm də “Fransanı dalana dirəyiblər”.

O vurğulayıb ki, heç bir siyasi qüvvə parlamentdə lazımi səs çoxluğu əldə edə bilməyəcək.

Qeyd edək ki, Emmanuel Makronun “Birgə!” koalisiyası Milli Məclisdə yerlərin mütləq əksəriyyətini qazana bilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki