image-reklam-veteninfo
image-1backend

MİDA 535 mənzillə bağlı məlumat yaydı – DİQQƏT

image-reklam-veteninfo

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində satışa çıxarılan ümumilikdə 535 mənzilin hamısı vətəndaşlar tərəfindən seçilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə MİDA məlumat yayıb.

Bildirilib ki, mənzillərin ipoteka kreditindən istifadə etməklə, eləcə də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesi sentyabrın 4-də saat 11:00-da “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə başlayıb.

Mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq həyata keçirilib.

MİDA-nın məlumatına görə, saat 12:00-a olan məlumata əsasən, satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən uğurla seçilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki