image-335450650_734983804999317_8473470505905681323_nbackend

Misirin Əl-Əzhər Universiteti işğalçı Ermənistanın Quran sərgisi keçirməsinə ev sahibliyi etməyə hazır olduğunu bildirib

image-reklam_sirab_01
Misirin Əl-Əzhər Universitetinin rektoru Ermənistanın xarici işlər naziri ilə görüşdə onun Ermənistanda mövcud olan Qurani-Kərimin nadir əlyazma nüsxələrinin sərgisinin sözügedən universitetdə təşkil edilməsi təklifini alqışlayıb.
İranın İQNA xəbər ajansı Misirin “youm7” saytına istinadən xəbər verir ki, universitetin rektoru Əhməd əl-Təyyib martın 8-də Qahirəyə səfər edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və erməni nümayəndə heyəti ilə görüşüb, dini tolerantlıq mədəniyyətinin təbliği üçün elmi və mədəni əməkdaşlığın yollarını müzakirə edib.
Öz növbəsində, 30 il ərzində Azərbaycan ərazisində məscidləri, digər dini-tarixi abidələri və müsəlmənların qəbirlərini dağıdaraq təhqir edən, habelə müsəlman Azərbaycan əhalisini qətliam edən işğalçı Ermənistanın xarici işlər naziri Mirzoyan da ölkəsinin əsas prinsiplər və hüquqlar kimi Ermənistanda dini tolerantlığın, dinlərə hörmətin və ibadət azadlığının vacibliyinə inandığını vurğulayaraq deyib: “Ermənistan dinlərarası dialoqda Əl-Əzhər Universitetinin təcrübəsindən və onun uzun tarixindən yararlanmaq istəyir”.
Ermənistanda Qurani-Kərimin nadir əlyazma nüsxələrinin və tarixi İslam əlyazmalarının olduğuna diqqət çəkən Mirzoyan Əl-Əzhər Universitetinin rektoruna həmin əlyazmaların nümayiş etdirilməsi məqsədilə adıçəkilən təhsil ocağında daimi sərgi təşkil edilməsini təklif edib.
Məlumata görə, sözügedən təklif rektor tərəfindən müsbət qarşılanıb və o, Əl-Əzhər-in bu təklifi ən qısa vaxtda həyata keçirməyə hazır olduğunu vurğulayıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki