image-reklam-veteninfo
image-33333backend

MİT  məşhur  terrorçunu məhv etdi

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Rumeylan bölgəsində separatçı terror təşkilatı PKK/YPG-nin iqtisadi məsələlər üzrə “məsul şəxsi” Zülfiyə Binbiri zərərsizləşdirib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, ”Rojna” ləqəbli Binbir 1993-cü ildə PKK-ya qoşulub və İraq ilə Suriyada terror fəaliyyətləri ilə məşğul olub. Məlumata əsasən, o, 2018-ci ildə qondarma “Kobani ictimai asayiş komandiri” olub.

YPJ təmsilçisi kimi də fəaliyyət göstərən, PKK/YPG-nin iqtisadi məsələlər üzrə ”məsul şəxsləri” arasında yer alan və təşkilatın pul dövriyyəsini idarə edən Binbir keçmişdə təhlükəsizlik qüvvələrinə qarşı çoxsaylı terror aktlarında iştirak edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki