image-15a3a5ee-5490-36cd-8b9a-2dae7ced822e_850backend

Mixael Boris: “Cavab matçında daha sürətli oynayacağıq”

image-reklam_sirab_01

“İlk 20 dəqiqə istədiyimiz kimi getmədi. Sürətli oyun görə bilmədim. Bəzi məqamlarda çətinlik çəkdik”.

Bunu Macarıstanın “Fehervar” komandasının baş məşqçisi Mixael Boris evdə “Qəbələ”yə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, komandası hesab bərabərləşdikdən sonra öz oyununu tapıb: “Nəticədən razıyam. Amma oyun planında heç də hər şey ideal deyil”.

O, bundan sonra tamamilə cavab qarşılaşmasına köklənəcəklərini söyləyib: “Səfərdə daha sürətli oyun sərgiləyəcəyik. Bugünkü matçın son 20 dəqiqəsindəki kimi mübarizə aparmağa çalışacağıq. Sabahdan cavab oyununa hazırlaşacağıq”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 28-də Qəbələdə olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki