Seçki sənədlərinin xüsusilə məhkəmə səviyyəsində hazırlanmasında böyük nailiyyətlər əldə edilib.
Vətəninfo.az xəbər verir ki, bunu Mərkəzi Secki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu dəfə də standartlara uyğun şəkildə proses idarə olunacaq: “İlk dəfə olaraq Azərbaycanın beynəlxalq hüquq normalarına görə tanınan suveren ərazilərində ilk dəfədir parlament seçkiləri keçirilir. Bu, çox əhəmiyyətli olduğundan seçkilərin beynəlxalq hüquq normalarına uyğunluğu vacibdir. Ona görə beynəlxalq müşahidəçilərin prosesi izləməsi də önəmlidir. Yerli müşahidəçilərə birlikdə indiyədək 100 minə yaxın müşahidəçi seçkiləri izləyib”.


























