Müəllimlərin sertifikasiya imtahanı iyun ayında keçiriləcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayilbəyli bildirib.
“Təkrar sertifikasiya imtahanında iştirak edəcək müəllimlər 1 il ərzində yenidən imtahana buraxılacaqlar. Qeyd edək ki, bu il riyaziyyat və xarici dil üzrə sertifikasiya imtahanının yay aylarında, daha dəqiq desək iyunda keçirilməsi nəzərdə tutulub”,- deyə o, əlavə edib.