image-60c08565-1db1-36f8-bf5d-16df9b3267f5_850backend

Müharibə Araşdırmaları İnstitutu: “Rusiya bir neçə istiqamətdə uğursuz həmlələr edib”

image-reklam_sirab_01

Rusiya qoşunları Lisiçanskı mühasirəyə almağa çalışırlar, lakin həmlə zamanı səhvə yol verib uğursuzluğa düçar olurlar. İşğalçı qüvvələr Siverski Donets üzərindən iki körpünü ələ keçirməyə cəhd etməli olduğu halda onları dağıdıblar.

Veteninfoxəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya qüvvələri ağır artilleriya atəşinin yardımı ilə Severodonetsk və onun ətrafına quru hücumlarını davam etdirirlər, lakin iyunun 12-nə kimi onlar şəhər üzərində tam nəzarəti bərqərar etməyiblər. Həmçinin rusiyalılar Vrubivka və Mikolaivkada uğursuz hücum əməliyyatları keçiriblər.

Analitiklərinin fikrincə, işğalçı qüvvələr, yəqin ki, ya Toşkivka ərazisindən, ya da Popasnadan şimala keçərək Lisiçanskı mühasirəyə ala və ya Siverski Donetsinin qərb sahilindən hücuma keçə biləcəklərini güman edirlər.

Eyni zamanda Rusiya qoşunlarının Toşkivkaya növbəti hücum cəhdi də uğursuz alınıb.

İşğalçılar Severodonetsk və Lisiçansk arasında Siverski Donets çayı üzərindən iki körpünü dağıdıblar və üçüncü körpünü də kütləvi atəşə tuturlar:

“Rusiya qoşunları prinsipcə körpüləri dağıtmağa yox, ələ keçirməyə çalışmalıdırlar, çünki onların Siverski Donets çayını keçməkdə problemləri var. Onlar Severodonetskdə ukraynalı müdafiəçilərin qarşısını kəsərək onların qaçış yolunu kəsməyə ümid edə bilərlər, lakin çətin ki nisbətən az sayda Ukrayna hərbçisinin ələ keçirilməsinin faydası çay üzərindən keçid yaratmaqdan daha əlverişlidir”.

Analitiklər vurğulayıblar ki, Rusiya qüvvələri İzyumla Slovyansk arasında yerləşən Dovgenke, Dolina və Mazanivkada da irəliləməyə uğursuz cəhdlər ediblər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki