image-su-1backend

 Müharibədən sonra danışıqlar və bərpa işləri

image-reklam_sirab_01

Azərbaycan dövlətinin heç zaman kimsənin torpağına gözü olmayıb, heç zaman müharibə arzulamayıb. Azərbaycanın yeganə istəyi, tələbi işğal olunmuş torpaqların azad edilməsi olub. 30 ilə yaxın aparılan danışıqlar səmərəsiz olduğu üçün 2020-ci ilin sentyabrın 27-də əks hücuma keçdik, qısa müddətdə işğal altında olan torpaqlarımızı azad etdik. Dövlətimiz konstitusion hüququndan istifadə edib, beynəlxalq normalar çərçivəsində davranıb, BMT qətnamələrini özü icra edib: Burada məqsəd ərazi bütövlüyünü, suverenliyini bərpa etmək idi, buna da nail olduq. Post-müharibə dövründə isə cənab Prezident informasiya cəbhəsində ön sıradadır.Prezident İlham Əliyevin sentyabrın 28-də “France-24” televiziya kanalına verdiyi müsahibə dünya gündəmində də geniş maraq doğurub.

Cənab Prezident müsahibədə bir sıra maraqlı məqamlara toxundu. Dövlət başçısı aşkar şəkildə bəyan etdi ki, Azərbaycan sülh və regionun inkişafı naminə danışıqların aparılmasına hazırdır. Ali Baş Komandan dönə-dönə xatırlatdı ki, Azərbaycanın mövqeyi çox aydındır. Münaqişə artıq həll olunub, keçmişə qayıdış olmamalıdır və revanşizm yolverilməzdir. Gələcək və sülh haqqında, regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında fəal danışıqlar aparılmalıdır.

“Sülh və regionun inkişafı naminə Azərbaycan danışıqların aparılmasına hazırdır. Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır.

Azərbaycan danışıqlara və istənilən yüksək səviyyəli təmaslara hər zaman hazır olduğunu bildirib. Hər yeni təmas açıq qalmış sualların cavablandırılması üçün fürsətdir. Aparılan hər bir yeni danışıq regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Azərbaycanın mövqeyi çox aydındır. Münaqişə artıq həll olunub, keçmişə qayıdış olmamalıdır və revanşizm yolverilməzdir. Gələcək və sülh haqqında, regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında fəal danışıqlar aparılmalıdır”.

                                             Bərpa işlərinin aparılması:

Bu mövzuya belə bir cümlə ilə başlamaq istərdim:

“  Azad olunmuş ərazilərin bərpası Azərbaycanı daha da gücləndirəcək!”

Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast­rukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Əlbəttə, Qaraba­ğın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm tikintisi olacaq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.

Ümumiyətlə, işğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əlyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Bununla bağlı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazlilərin bərpası ilə əlaqədar böyük planı var: “Biz de­mişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır”.

Ölkə başçısı xüsusilə vurğulamışdı ki, məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya niyyətimizin həyatda öz əksini tapdığını, planlarımızın həyatda gerçəkləşdiyini görəcək. Şübhə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi xalqımızın çoxəsrlik tarixində mühüm yer tutur. Dövlət sərhədlərini bərpa edərək, Azərbaycan xalqı son əsrdə hərbi və diplomatik sahədə ən böyük qələbəni qazanmışdır. Qələbəni əbədiləşdirmək üçün köçkünlərin yurdlarına qayıtması təmin ediləcək. Ən əsası, böyük bərpa prosesinin vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə daxil edilməsində mühüm körpü olacağı heç kimdə şübhə doğurmur.Artıq azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanılmışdır. Bərpa- quruculuq işlərinin həyata keçrilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də ayrılmışdır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu da təsis olunmuşdur.

Fondun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir. 30 il ərzində erməni vandalları yaşayış və ictimai binaları, bütün infrastrukturu, maddi və mədəni abidələri dağıtmış, yeraltı sərvətlərimizi vəhşicəsinə talan etmişlər. Ona görə də, işğaldan azad olunmuş ərazilərdə normal həyatın qaytarılması və iqtisadi inkişafın bərpa olunması böyük maliyyə vəsaiti tələb edir.

Əlbəttə, dövlət büdcəsindən vəsait ayrılmışdır, bununla belə, büdcədənkənar vəsaitlərin bu prosesə cəlb olunması böyük əhəmiyyət daşıyır və beynəlxalq maliyyə institutlarının, yerli və xarici investorların və kommersiya banklarının bərpa işlərinə cəlb olunması vacibdir. Bu mənada Qarabağ Dirçəliş Fondunun təsis olunması böyük əhəmiyyət daşıyır. Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşması işğaldan azad edilmiş rayon, şəhər, qəsəbə və kəndlərdə bərpa-quruculuq işlərinin geniş vüsət alması üçün geniş imkanlar açacaq.

Azərbaycan hökuməti bərpa işlərinin həyata keçirilməsində ağıllı texnologiyalardan da istifadə etməyi planlaşdırır. Bununla bağlı, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarını həyata keçirəcək. Xatırladaq ki, birinci belə layihə Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılacaq. Prezident İlham Əliyevin iştirakı ilə layihənin icrasına artıq başlanılmışdır. Kənddə layihənin icrasının 5 komponent üzrə aparılacağı bildirilir. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Ərazidə tam tədric olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi planlaşdırılır. Həmin kəndlərdə məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu yaradılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Prezident İlham Əliyevin sözlərinə görə, belə pilot layihələr çox ola bilər.

Mütəxəssislər “ağıllı kənd” orada məskunlaşacaq əhali üçün kifayət qədər üstünlüklərə malik olduğunu vurğulayırlar və bu modeldən inkişaf etmiş ölkələrdə uzun müddətdir istifadə edilir. Bu konsepsiyanı həyata keçirməklə həm aqrar sektoru inkişaf etdirilir, həm də idarəetmə sistemində elektronlaşmanın və şəffaflığın təmin olunmasına, qərarların çevik qəbul edilməsinə nail olunur. Bundan başqa, “ağıllı kənd” layihəsinin, eyni zamanda, insanlara kənddə pul qazanmaq imkanı da yaradır. Hər bir ölkə vətəndaşının olduğu kimi, kənd sakinlərinin də dövlət xidmətlərinə çıxışı olmalıdır və bütün bu məsələləri həll etmək üçün dünyada innovativ kənd layihələrindən istifadə edilir. “Ağıllı kənd” məşğulluğun təmin olunması modeli kimi də çox vacib mexanizmlərdən sayılır. Həm də məskunlaşma prosesinin intensiv aparılmasına, sistemli şəkildə reallaşmasına imkan verir. Qeyd etmək yerinə düşər ki, Avropada elektron təhsil, elektron tibb, alternativ enerji, elektron ticarət və nəqliyyat inkişaf etmişdir.

İşğaldan azad olunmuş ərazilərdə istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir.

 

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Elvin İbadullayev

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki