image-image_750x_6406fdbff14ddbackend

NATO- nun yeni baş katibi qadın olacaq

image-reklam_sirab_01

Avropa Komissiyasının sədri Ursula fon der Leyen NATO-nun yeni baş katibi seçilə bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə İtaliyanın “la Repubblica” nəşri mənbələrə istinadən yazır.

Məqalədə deyilir: “Ursula fon der Leyen öz vəzifəsinə yenidən seçilmək istərdi, lakin onun NATO-nun baş katibi vəzifəsinə seçilməsi məsələsi B planı kimi qoyulub”.

Qeyd edək ki, NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin mandatı bu il sentyabrın 30-da başa çatır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki