image-1backend

Naxçıvanda təhsillə bağlı yeni qurum YARADILDI

image-reklam_sirab_01

“Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.

Vətəninfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin müavini Anar İbrahimov mayın 7-də Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyinin birləşdirilməsi və onların bazasında “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsin yaradılması qərara alınıb.

Bundan başqa, Fərmana uyğun olaraq, Şərur Texniki Peşə və Sürücülük Məktəbi “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Şərur Peşə Liseyi” adlandırılaraq publik hüquqi şəxsə çevrilib.

Həmçinin Ordubad Texniki Peşə və Sürücülük Məktəbi “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Ordubad Peşə Liseyi” adlandırılıb və publik hüquqi şəxsə çevrilib.

Fərmanın icrası ilə əlaqədar Muxtar Respublikanın müvafiq dövlət orqanları üçün vəzifələr müəyyən edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki