Naxçıvan Muxtar Respublikasının bu gün vəzifəsindən azad edilən təhsil naziri Exan Nəcəfov paytaxtda yeni vəzifəyə təyin olunur.
Vətəninfo.az-ın mötəbər mənbələrə istinadən yaydığı məlumata görə, sabiq nazir Bakıda- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində müşavir postuna gətirilir.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən növbədənkənar sessiyasında təhsil naziri vəzifəsindən azad olunan şəxsin yerinə Babək Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ovni Muradov təyin edilib. Sabiq nazirin isə fəaliyyətini mərkəzi strukturda-Bakıda davam etdirəcəyi bildirilir.


























