Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyinat olub.
Bu barədə Vətəninfo.az-a universitetdən məlumat verilib.
Qeyd edilib ki, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Ətrabə Gül BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. 2017-ci ildən BMU-da çalışır. 2019-cu ilədək BMU Dillər Məktəbinin direktoru olub. Yeni vəzifəyədək Xarici dillər kafedrasında dosent, kafedra müdiri vəzifələrində çalışıb.