image-reklam-veteninfo
image-62943b73a6dd562943b73a6dd6165388171562943b73a6dd162943b73a6dd3backend

Nepalda radarlardan itən təyyarənin qalıqları tapılıb, 22 nəfər ölüb

image-reklam-veteninfo

Nepalda radarlardan itən “Tara Air” aviaşirkətinə məxsus təyyarənin qalıqları tapılıb.

Təyyarədə olan 22 nəfərdən heç biri sağ qalmayıb.

Nepal quru qüvvələrinin sözçüsü briqada generalı Narayan Silval Mustanq bölgəsində tapılan təyyarənin qalıqlarının fotosunu “Twitter” səhifəsində paylaşıb.

Məlumata görə, təyyarə Pokhara şəhərindən Comsoma uçdurdu.

Uçuşdan bir neçə dəqiqə sonra təyyarə ilə əlaqə kəsildi.

Axtarış əməliyyatında Nepal ordusunun axtarış qrupu iştirak edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki