image-8c003577-a174-4e38-860c-abd851c59e4abackend

Nəsimi rayonunda Qurban bayramı ərəfəsində şəhid ailələri ilə görüş keçirilib.

image-reklam_sirab_01

Nəsimi rayonunda yerləşən “Zabitlər bağı”nda Qurban bayramı münasibətilə şəhid ailələri ilə görüş keçirilib.

Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Vətən Müharibəsi Şəhid ailələri, müharibə əlillərivə rayon ictimaiyyəti iştirak edib.

Görüşdə çıxış edən  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Qurban bayramı münasibəti ilə görüş iştirakçılarını salamlayaraq bildirdi ki, ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu öndər Heydər Əliyev tərəfindən  təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamış, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin  daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin  əsaslı təmir olunmasından danışaraq bildirdi ki, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edərək, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verdi.Xüsusi vurğulandı ki, Ümummilli lider, Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir. Çıxışına davam edən Asif  Əsgərov qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu və şəhid olan  övladların ruhları şaddır. 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıdı.  Adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir.

Hər zaman xalqımıza  qələbə sevinci, qələbə duyğusu yaşadan şəhidlərimizi daim qürurla yad edilik, eyni zamanda Vətən uğrunda övladlarını itirən valideynlərin, ailələrinin  kədərlərini də bölüşürük. Şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür edildi.

Eyni zamanda Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müqəddəs Qurban  bayramı ərəfəsində sosial aksiya da keçirildi

Aksiya zamanı rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon təşkilatının üzvlərinə, Vətən müharibəsi əlillərinə, 20 Yanvar Çernobl əlillərinə, rayon ərazisində fəaliyyət göstərən digər ictimai birliklərin üzvlərinə, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinə, bütövlükdə 2000-dən artıq ailəyə qurban payları və maddi yardımlar təqdim olundu.

Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs  Qurban bayramı ərəfəsində onlara  göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki