image-61d89b7e-1e83-34fd-a770-7ae5c6d5c9b7_850backend

Niderlandda buster doza üzrə vaksinasiya başlayır

image-reklam_sirab_01

Niderlandda 12 yaşdan yuxarı hər kəs artıq koronavirus əleyhinə buster doza üzrə vaksinasiya oluna bilər.

Bu barədə çərşənbə günü ölkənin Milli Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat yayıb.

Son peyvənddən və ya xəstəlikdən ən azı üç ay keçməsi şərti ilə təkrar peyvənd 12 yaşından etibarən hər kəs üçün mümkündür. İlkin peyvənd də ən əsas şərtdir.

“Əlavə peyvənd immunitet sistemini gücləndirir və koronavirusdan daha yaxşı qoruyur”, – institutdan bildirilib.

Qurumun məlumatına görə, ötən həftə Niderlandda COVID-19-a yoluxma hallarının sayı azalıb, lakin hələlik payız dalğasının səngidiyini iddia etmək olmaz. Bu onunla əlaqədardır ki, omikron ştammının BQ.1 subvariantı Avropada daha geniş yayılır və yaxın gələcəkdə infeksiyaların sayının artmasına səbəb ola bilər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki