“Məktəblinin dostu” layihəsinin bütün məktəblərdə olmasını arzu edirik.
Vətəninfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin tətbiqinə dair keçirilən dəyirmi masada söyləyib.
“Artıq 8 ilə yaxındır ki, layihə həyata keçirilir. İlk növbədə, hər gün 4400-ə qədər məktəbdə milyonlarla insan üz-üzə gəlir. Ayrı-ayrı ailələrdən gələn uşaqların davranışı digər uşaqların həyatına təsir edir. 1 milyon 500 min uşaq olan mühitdə hansısa bədbəxt hadisə baş verə bilər. Sual oluna bilər ki, niyə məktəb özü etmir, “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır? Formalaşmış məktəb mədəniyyəti var. Burada problemləri kənara çıxarmamağa, o cümlədən heç Elm və Təhsil Nazirliyinə bildirməməyə və məktəb daxilində həll etməyə çalışılır. Bu tip hadisələrin həllini tapması üçün ört-basdır edilməsi yox, müzakirə edilməsi tərəfdarıyıq”, – deyə nazir bildirib.