image-norvecbackend

Norveçdən Rusiyaya qarşı sərt addım

image-reklam_sirab_01

Vətəninfo.az  Rusiya KİV-nə istinadən xəbər verir ki, iyunun 29-da Norveçin Rusiyadakı müvəqqəti işlər vəkili Solveyq Rossebo Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Norveç tərəfinin maneə törətdiyi malların Svalbard şəhərinə çatdırılması ilə bağlı qəbuledilməz vəziyyət barədə məlumat verilib.

Qeyd edək ki, bir gün əvvəl Norveç Rusiya ilə Norveç sərhədindəki yeganə Storskoq keçid məntəqəsindən keçməli olan Svalbard arxipelaqındakı rus yaşayış məntəqələrindən yüklərin keçməsinə icazə verilməsi ilə bağlı Rusiyanın tələbini rədd etmişdi.

 

Məlumata görə, Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bu cür hərəkətləri ilə Oslonun 1920-ci il razılaşmasını pozduğunu bildirib, Norveç isteblişmentinin qərarını əxlaqsızlıq və insan hüquqlarının pozulması adlandırıb. Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa isə“İzvestiya” ya bildiirb ki, Norveçin bu qərarı qaçılmaz olaraq ikitərəfli münasibətlərin pisləşməsinə səbəb olacaq.

 

Öz növbəsində, Rusiyanın Şpitsbergendəki baş konsulu Sergey Quşçin isə bildirib ki, Norveç hakimiyyəti Rusiya yaşayış məntəqələri üçün yüklərin daşınmasına icazə verməkdən imtina edərək, bu addımın bütün nəticələrini tam düşünməyib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki