image-640570e857e89backend

Olaf Şolts Ukraynaya silah dəstəyi verəcəklərini açıqladı

image-reklam_sirab_01

Almaniya kansleri Olaf Şolts Ukraynaya iqtisadi və humanitar yardımlarla yanaşı, silah dəstəyini də davam etdirəcəklərini bildirib.

Vətəninfo.az xəbər verir ki, Şolts jurnalistlərə verdiyi açıqlamada ötən il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinə toxunub.

Rusiyanın Ukraynada gözlədiyi qədər müvəffəqiyyətli olmadığını bildirən Şolts Rusiya prezidenti Vladimir Putinin ukraynalıların gücü və onları dəstəkləyən dostlarının birliyi ilə bağlı səhv etdiyini dilə gətirib.

Şolts Ukraynada bundan sonra nə olacağını təxmin etməyin çətin olduğun vurğulayaraq deyib ki, ancaq bir şey aydındır. Ukraynaya iqtisadi, humanitar yardımlar və eyni zamanda silah dəstəyi verməyə davam edəcəyik.Ukraynalılar olmadan heç bir qərara gəlinməyəcək. Putin başa düşməlidir ki, işğalı və imperialist təcavüzü ilə uğur qazana bilməz və qoşunlarını geri çəkməlidir. Danışıqların əsası budur.

Şolts onu da deyib ki, həmçinin təhlükəsizlik kontekstində silah, hərbi sursat və texnika istehsalının daimi olaraq davam etdirilməsi vacibdir.

Olaf Şolts ölkəsi və Avropa İttifaqının Çin ilə əlaqələrinə də toxunaraq Rusiyaya silah tədarük etməməsi ilə bağlı xəbərdarlıq etdiklərini və bunun baş verməyəcəyinə nikbin olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki