image-heyder-2backend

Ölkənin gələcək müqəddəratını müəyyən etmiş seçkilər

image-reklam_sirab_01

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən prezidenti seçilib.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Dövrün tələbinə görə dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, qanunçuluğun bərpa edilməsi, demokratik və hüquqi dövlət quruculuğu xüsusi əhəmiyyət kəsb edirdi. Bu sahədə həyata keçirilən tədbirlər böyük müqavimətlə qarşılaşırdı. Bu müqavimət güclənərək dövlət çevrilişi cəhdinə çevrilmişdi. Heydər Əliyev oktyabrın 4-də televiziya ilə xalqa müraciət etdi. Oktyabrın 4-dən 5-nə keçən gecə onun çağırışı ilə Prezident Aparatı qarşısına minlərlə adam toplaşdı. Beləliklə, dövlət çevrilişi cəhdinin qarşısı alındı. Oktyabrın 5-də Azadlıq meydanında ümumrespublika mitinqi keçirildi. Heydər Əliyev mitinqdə çıxış edərək Azərbaycan 54 baş verən hadisələrin səbəblərini, gedişini, qarşısının alınması yolunda görülmüş bütün işləri ətraflı təhlil etdi. Heydər Əliyev mitinqdəki çıxışında dedi: “Son günlərdə baş vermiş hadisələr Azərbaycanın müstəqilliyini puça çıxarmağa, onu müstəqillik yolundan döndərməyə, bu yolla irəliləyişinin qarşısını almağa, ölkəmizin daxili ictimai-siyasi sabitliyini pozmağa yönəldilmiş əməllərdir. Onu da bilin ki, bu hadisələr, ümumiyyətlə, Azərbaycanı dağıtmaq, parçalamaq, ölkəmizi bir dövlət kimi məhv etmək üçün qurulan planların bir hissəsidir. Qoy, hamı bilsin və əmin olsun ki, bu bəd niyyətlərin və bu çirkin planların heç birisi həyata keçməyəcəkdir! Azərbaycan xalqı buna yol verməyəcəkdir! Azərbaycan müstəqil bir dövlət kimi yaşayacaqdır”.

Azərbaycanda yeni Konstitusiyanın hazırlanması, qəbul edilməsi, konstitusion quruluşun yaradılması böyük uğur idi. Heydər Əliyevədək müstəqil dövlətin Konstitusiyasının hazırlanması sahəsində ciddi bir iş görülməmişdi. 1995-ci ilin iyulunda Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildikdən sonra işlər fəallaşdı. Heydər Əliyevin rəhbərliyi və əsas ideyaları ilə hazırlanmış Konstitusiya noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olundu. Lakin Heydər Əliyev bununla kifayətlənməmiş, Konstitusiyanın həyatiliyini təmin etmək üçün onun təkmilləşdirilməsində fəaliyyətini davam etdirmişdir. O, 2002-ci ildə Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi haqqında qərar qəbul etmiş, avqust ayında bu məsələlər üzrə referendum keçirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində 1998-ci il dekabrın 29-da yaradılmış hüquqi islahat komissiyası da böyük iş görmüşdü. Heydər Əliyev yalnız qanunlar qəbul edilməsinə deyil, onların həyata keçirilməsinə də xüsusi qayğı göstərirdi. 1998-ci ildə respublikada ilk dəfə olaraq Konstitusiya Məhkəməsi yaradıldı. “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət proqramı” təsdiq edilmiş və reallaşdırılmağa başlamışdır.

Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövründə ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycan Respublikasının xarici siyasət xəttini hazırlaması və həyata keçirməsi olmuşdur. Heydər Əliyev xarici siyasət xəttinin əsas istiqaməti haqqında demişdir: “… lakin həm Avropa, həm Asiya, həm də Qərb ölkələri ilə, dünyanın bütün ölkələri ilə xoş münasibətlər yaratmağa çalışır. Bununla belə Azərbaycan qonşu 56 ölkələrlə daha sıx əlaqələr yaradılmasına böyük əhəmiyyət verir. Şimal qonşumuz Rusiya ilə, habelə bizimlə həmsərhəd olan Türkiyə və Iranla aramızda normal münasibətlər var. Biz Gürcüstanla normal münasibətlər yaratmışıq, lakin aramızda böyük sərhəd olan Ermənistanla müharibə vəziyyətindəyik”. Xarici siyasətin mərkəzi məsələsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyət təşkil edirdi. Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlamış, respublika ərazisinin 20%-ni işğal etmişdir. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında 822, 853, 874 və 884-cü qətnamələr qəbul etmişdir. ATƏM-in (sonralar ATƏT) Nazirlər Şurası isə problemi həll etmək məqsədilə Minsk qrupu yaratmışdır. Lakin bu, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq planlarının qarşısını ala bilməmişdir.

Heydər Əliyevin unudulmaz dövlətçilik fəaliyyəti ona ölkə daxilində olduğu kimi, beynəlxalq aləmdə də böyük nüfuz qazandırmış, yüksək mükafatlara, orden və medallara layiq görülmüşdür.

Heydər Əliyevin dövlətçilik fəaliyyətinin bütün dövrlərindəki gərgin əməyi, ona qarşı yönəlmiş suiqəsdlər, bunun müqabilində fəal işdən ayrılmaması səhhətinə mənfi təsir etmişdi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycan naminə misilsiz fəaliyyətini davam etdirir, həyatın bütün çətinlikləri qarşısında qeyri-adi mətinlik və dözüm nümayiş etdirirdi.

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar vardır. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Məhz Azərbaycan xalqının da dahi insanlarından biri,  ümummilli lideri Heydər Əliyev olmuşdur. Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi hər birimizin qəlbində daima yaşayacaqdır.

  Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi

   Əliyeva Zenfira Taleh qızı

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki