image-turalbackend

PA-nın Hüquqi təminat və təhlil sektoruna müdir təyin edilib

image-reklam_sirab_01
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektoruna müdir təyin edilib.

Vətəninfo.az bildirir ki, “Report”un xəbərinə görə, bu vəzifəyə “Yüksəliş” müsabiqəsinin qalibi Tural Feyzullayev təyin olunub.

Qeyd edək ki, T.Feyzullayev 2011-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2013-cü ildə Fransanın Tuluz Universitetinin Beynəlxalq və Avropa hüququ üzrə magistr pilləsini, 2014-cü ildə isə həmin ali təhsil müəssisəsinin Beynəlxalq biznes hüququ üzrə magistr pilləsini bitirib.

T.Feyzullayev əmək fəaliyyətinə 2011-ci ildə “Azərsun Holdinq” MMC-də araşdırma mütəxəssisi kimi başlamış, 2015-ci ildə Azərbaycan Mərkəzi Bankında hüquq məsləhətçisi kimi davam etdirmiş, 2016-2020-ci illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı və baş hüquqşünas vəzifələrində, 2018-ci ildən 2020-ci ilədək isə Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.

T.Feyzullayev 2020-2021-ci illərdə Azərbaycan Mərkəzi Bankında Hüquq departamentinin direktor müavini – Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində işləmiş, 2021-ci ildən etibarən “AccessBank”da Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində çalışıb.

T.Feyzullayev Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2021-ci ildə birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.

O, ingilis və türk dillərini sərbəst, fransız dilini isə yaxşı bilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki