image-reklam-veteninfo
image-628ec90637194628ec906371951653524742628ec90637192628ec90637193backend

Pakistanda hökumət binalarına qoşun yeridilib

image-reklam-veteninfo

Pakistanın paytaxtı İslamabadda əsas hökumət binalarının yerləşdiyi ərazilərə qoşun yeridiləcək.

Bu barədə ölkənin daxili işlər naziri Rana Sanaullah “Twitter“ səhifəsində məlumat yayıb.

Bu qərar Pakistan hökumət idarələrinin, diplomatik nümayəndəliklərin habelə məhkəmə və qanunvericilik institutlarının yerləşdiyi “Qırmızı zona” kimi adlandırılan yerlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə verilib.

Aprelin 11-də Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib. O, bu postda bir gün əvvəl fəaliyyəti dayandırılan, küçələrdə minlərlə mitinqdə dəstəklənən İmran Xanı əvəz edib.

Pakistan konsitutsiyasının 245-ci maddəsinə uyğun olaraq “qırmızı zona”da kifayət qədər Pakistan əsgərinin yerləşdirilməsinə icazə verilir.

Qeyd edək ki, “Dawn”nəşrinin məlumatına görə, hakimiyyət İslam Respublikasının keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasının lideri İmran Xanın İslamabada gələrək “Dee Chowk” meydanında tərəfdarları ilə yürüşə başlayıb.

Aprelin 10-da Xan ölkə parlamentinin ona etimadsızlıq verməsi nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki