image-6405919ce3db7backend

Pakistanda polis maşınına hücum edilib, ölənlər var

image-reklam_sirab_01

Pakistanın Bəlucistan əyalətində polis maşınına təşkil edilən hücum nəticəsində 9 polis əməkdaşı həyatını itirib, 11-i yaralanıb.

Vətəninfo.az xəbər verir ki, ”Dawn” qəzetinin yaydığı məlumata əsasən, hücum Kaççi-Sibi bölgələri sərhədində yerləşən Bolanda körpüsündə törədilib.

Hücuma görə məsuliyyəti hələlik öz üzərinə götürən olmayıb.

Son aylarda Pakistanın xüsusilə Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumlarının sayı artıb.

Rəsmi İslamabad bu hücumların  Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə edildiyini bildirib. Əfqanıstan isə bu iddiaları rədd edir.

Yanvarın 30-da Pakistanın Peşəvər şəhərində günorta namazı zamanı məsciddə törədilən hücum nəticəsində əksəriyyəti polis olmaqla 102 nəfər həlak olmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki